Rusiyaya qarşı “şeytan” əməliyyatı

Rusiyaya qarşı “şeytan” əməliyyatı
  09 Aprel 2014    Oxunub:1292
Rusiya Ukraynanın yeni hakimiyyətini nüvə başlığı daşıyan “Şeytan” raketlərini başqa ölkələrə satmaqda ittiham edib.
Ukrayna və Rusiya arasında yaşanan böhrana daha birisi əlavə olunub. Moskva Kiyevi ondan qisas almaqda günahlandırır. Avropa meylli qüvvələrin Krımın ilhaqının qisasını almaq üçün Rusiyaya təhlükə yaradan nüvə başlığı daşıyan ballistik raketləri Türkiyə daxil olmaqla Rusiyaya yaxın ölkələrə satmağa çalışdığı iddia olunur.

Rusiya Xarici İşlər Nazirliyi “Ukraynaya ciddi xəbərdarlıq” başlığıyla açıqlama yayaraq rəsmi Kiyevi nüvə başlığı daşıyan P-36M2 “Voyevoda” raketlərinin hazırlanma texnologiyasını üçüncü ölkələrə satmağa çalışmaqda ittiham edib.

NATO tərəfindən “Şeytan” raketləri adlandırılan bu silahlar Ukraynada istehsal olunur. Rusiya bu raketləri nüvə müdafiəsinin ən önəmli parçası hesab edir.

Rusiya Ukraynanın yeni hökümətini “Nüvə texnologiyasını yaymamaq müqaviləsi”nə əməl etməyə çağırıb. Raketləri hazırlayan Dnepropetrovskdakı Yujmaş zavodunun rəsmilərinin artıq satışla olaraq bəzi dövlətlərlə danışıq apardığı bildirilir.

Nüvə texnogiyası sisteminin satışı üçün Türkiyə və Çinlə də təmaslar qurulduğu iddia olunur.

Emin Piri


Teqlər:





Xəbər lenti