Rusiya səfirliyi Kiyevdən çıxarmayacaq

   Rusiya səfirliyi Kiyevdən çıxarmayacaq
  16 Fevral 2022    Oxunub:1849
Rusiya Ukraynadakı səfirliyini Kiyevdən köçürməyəcək. AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Sayt öz mənbəsinə istinad edərək yazıb ki, ölkə rəhbərliyinin belə bir fikri yoxdur.

- Xeyr, xarici nümayəndəliklərimiz işləməkdə davam edirlər, - adının açıqlanmasını istəməyən mənbə deyib. O, qeyd edib ki, “səfirliyin köçürülməsi ilə bağlı planlar yoxdur”.

Xatırladaq ki, bəzi Qərb ölkələri Ukraynada eskalasiya təhlükəsi ilə bağlı bəyanatlar fonunda öz diplomatlarını Kiyevdən tamamilə və ya qismən təxliyə etmək qərarına gəliblər. Xüsusilə Böyük Britaniya və ABŞ belə bir addım atıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Səfirlik  



Xəbər lenti