Ermənistanda virusa yoluxanların sayı 410 mini keçdi

Ermənistanda virusa yoluxanların sayı 410 mini keçdi
  16 Fevral 2022    Oxunub:832
Ermənistanda son sutka ərzində daha 1774 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 410 155 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 28 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 229-ə yüksəlib. Aktiv xəstələrin sayı 18 645 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1 581 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti