ABŞ və Avropa Rusiya ilə bağlı razılaşa bilmir

 ABŞ və Avropa Rusiya ilə bağlı razılaşa bilmir
  16 Fevral 2022    Oxunub:1316
ABŞ və onun avropalı müttəfiqləri Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Moskvaya qarşı mümkün sanksiyaların miqyası barədə hələlik razılığa gəlməyiblər.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Amerika və Avropa rəsmiləri Moskvanı sanksiyalarla nə dərəcədə və nə vaxt vurmaq barədə razılığa gəlməyə çalışırlar.

“Biz hələ də sanksiyaların tətbiqinə nəyin səbəb olacağı barədə razılığa gəlməmişik”, - Rusiyaya qarşı mümkün sanksiyalarla bağlı Brüsseldə aparılan danışıqların gedişi ilə tanış olan Avropa İttifaqı diplomatı bildirib.

Əlavə olunub ki, hüquqi, maddi-texniki və siyasi səbəblərə görə Rusiyaya qarşı sanksiyalar paketləri eyni ola bilməz.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Sanksiya  



Xəbər lenti