İlham Əliyev Ruhani ilə görüşdü

İlham Əliyev Ruhani ilə görüşdü
  09 Aprel 2014    Oxunub:1029
Aprelin 9-da İran İslam Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısındakı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İranın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

***

İranda rəsmi səfərdə olan prezident İlham Əliyevi Səədabad tarixi-mədəni kompleksində iranlı həmkarı Həsən Ruhani qarşılayıb.

AzVision.az-ın məlumatına görə, bu barədə İran prezidentinin rəsmi twitter səhifəsinə məlumat verilib.

Bildirilib ki, Ruhani bir neçə dəqiqə öncə Azərbaycan prezidenti ilə görüşüb.

İran mətbuatının yazdığına görə, hazırda prezidentlərin görüşü davam edir.

Görüşün təfərrüatları ilə bağlı hələlik məlumat yoxdur.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti