"Putin razı olsa, üçtərəfli görüş keçirilə bilər" - Ərdoğan

   "Putin razı olsa, üçtərəfli görüş keçirilə bilər" -    Ərdoğan
  16 Fevral 2022    Oxunub:1777
"Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşümüz zamanı o, Rusiya lideri Vladimir Putin və mənim iştirakımla üçtərəfli görüşə müsbət yanaşdığını açıqladı".
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə deyib.

O qeyd edib ki, Putin də bu məsələyə müsbət yanaşsa, İstanbulda və ya Ankarada görüşə bilərik.

"Bu arada, mən cənab Putinlə telefon danışığında məsələyə münasibətini öyrənəcəm. Buna uyğun olaraq işləri izləməyə çalışacağıq. Çünki regionda real müharibə təhlükəsi yaxşı əlamət deyil. Belə bir şey bölgənin sağlamlığı üçün düzgün olmazdı",- Ərdoğan əlavə edib.

AzVision.az



Teqlər: Ərdoğan  



Xəbər lenti