NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək

 NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək
  16 Fevral 2022    Oxunub:2501
NATO-nun müdafiə nazirləri Rumıniyada alyansın yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

"Nazirlər yeni variantları, o cümlədən şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsini nəzərdən keçirmək qərarına gəliblər. Mən Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram", - o deyib.

AzVision.az



Teqlər: NATO  



Xəbər lenti