Braziliyada daşqınlarda 44 nəfər öldü

Braziliyada daşqınlarda 44 nəfər öldü
  16 Fevral 2022    Oxunub:1194
Braziliyanın Rio-de-Janeyro ştatında şiddətli yağışlar və onların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 44 nəfər həlak olub.
AzVision.az -ın məlumatına görə, təkcə Petropolis şəhərində 170-dən çox sürüşmə qeydə alınıb, 80 yaşayış binasına ziyan dəyib. Qeyd olunur ki, ötən gün şəhər ərazisinə 6 saat ərzində bir aylıq yağıntı norması düşüb. Petropolis şəhərində fövqəladə vəziyyət elan edilib. Axtarış-xilasetmə işlərinə 180 xilasedici cəlb edilib.

AzVision.az


Teqlər: Braziliya  



Xəbər lenti