Kanadada inflyasiya rekord səviyyəyə çatıb

   Kanadada inflyasiya  rekord səviyyəyə  çatıb
  16 Fevral 2022    Oxunub:1548
Kanadada inflyasiya keçən il 5,1%-ə yüksəlib ki, bu da 1991-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir.
AzVision.az xəbər verir ki, bu barədə Kanada Statistika Bürosunun dərc etdiyi hesabatda deyilir. İnflyasiyanın artmasına yeni koronavirus pandemiyası, müxtəlif malların tədarükündə fasilələr və yanacağın qiymətinin artması təsir edib. Xüsusilə, son bir ildə Kanadada benzinin qiyməti 31,7% artıb.

Orta istehlak qiymətləri indeksi (yanacaq istisna olmaqla) il ərzində 4,3% (2020-ci ildə 0,7%) artıb. Ərzaq qiymətləri 6,5% bahalaşıb, 2009-cu ilin may ayından etibarən ərzaq qiymətlərində artım tempi qeydə alınmayıb.

AzVision.az



Teqlər: Kanada  



Xəbər lenti