İrana getmək istəyənlərin nəzərinə!

   İrana getmək istəyənlərin nəzərinə!
  16 Fevral 2022    Oxunub:1521
İran beynəlxalq reyslərlə ölkəyə gələn sərnişinlərin qəbulu üçün yeni qaydalar hazırlayıb.
AzVision.az xəbər verir ki, qaydalara əsasən yaşı 12-dən yuxarı olan bütün sərnişinlər hava limanında PCR testinin nəticəsini təqdim etməlidir. Analizin cavabı mütləq ingilis dilində olmalıdır.

Bununla yanaşı peyvənd sertifikatının müddətindən 9 aydan çox müddət keçibsə etibarsız hesab ediləcək.


AzVision.az


Teqlər: İran  



Xəbər lenti