Yaponiyanın baş naziri Putinlə Ukraynanı müzakirə edəcək

Yaponiyanın baş naziri Putinlə Ukraynanı müzakirə edəcək
  17 Fevral 2022    Oxunub:965
Bu gün Yaponiyanın baş naziri Fumio Kişida ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Telefon söhbətinin axşam saatlarında baş tutacağı bildirilir.

Bundan əvvəl telefon danışığı barədə Yaponiyanın keçmiş baş naziri Şinzo Abe parlamentdəki fraksiyasının iclasında deyib: “Düşünürəm ki, baş nazir hansısa formada Rusiya prezidentinə Yaponiya tərəfinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqeyini çatdıracaq”.

Keçmiş hökumət başçısı əlavə edib ki, Yaponiya Ukrayna ətrafındakı böhranın dinc yolla nizamlanması üçün səy göstərməlidir.

Abe hazırda hakim Liberal Demokrat Partiyasında ən böyük fraksiyaya rəhbərlik edir.

Son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı iddialar səslənir. Moskva bu cür məlumatları boş və əsassız adlandırır və Rusiyanın heç kimə təhlükə yaratmadığını bəyan edir. Eyni zamanda, Rusiyada bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyü də istisna edilmir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Yaponiya  



Xəbər lenti