İlham Əliyev Ukraynaya gedir

İlham Əliyev Ukraynaya gedir
  03 Aprel 2013    Oxunub:1143
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfərə gedəcək.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna planlaşdırılan səfər çərçivəsində keçiiriləcək görüşlərdə iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi, regional əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq. Danışıqların yekunu olaraq iki ölkə arasında bir sıra sənədlər imzalanacaq.

Səfər zamanı Azərbaycan-Ukrayna Prezidentləri Şurasının dördüncü iclası, həmçinin Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək.



Teqlər:  





Xəbər lenti