"Moskva ilə Kiyevin vasitəçisinə çevrilən Bakının beynəlxalq rolu artır"- Surenyanç

   "Moskva ilə Kiyevin vasitəçisinə çevrilən Bakının beynəlxalq rolu artır"-   Surenyanç
  17 Fevral 2022    Oxunub:1983
Fevralın 15-də NATO Baş katibi Yens Stoltenberqin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi Ermənistan mətbuatında maraqla qarşılanıb. Saytlar Stoltenberqin İlham Əliyevə təşəkkür ünvanlaması, danışıqlar zamanı Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunması, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılmasını ciddi siyasi məqamlar kimi qiymətləndiriblər.
Maraqlısı isə budur ki, bəzi siyasətçilər Rusiya mediasının Azərbaycan Prezidentinin Stoltenberqlə Ukrayna məsələsini müzakirə etməsini alqışlamasına qısqanclıqla yanaşıb.

NATO-nun Baş katibi İlham Əliyevə zəng edib
Məsələn, məlum prosesləri şərh edən erməni politoloq Suren Surenyanç deyib ki, bir qayda olaraq Rusiya mətbuatı rəsmi İrəvanın hətta adi xarakter daşıyan Qərb təmaslarına belə çox qısqanclıqla yanaşır.

- Bunun əksinə olaraq isə bu gün “Regnum” Stoltenberqin İlham Əliyevlə telefon danışığı aparmasına çox müsbət vurğularla reaksiya verib. Onlar Azərbaycan Prezidentindən Rusiya-Ukrayna münasibətlərində vasitəçi obrazı yaradıblar,-erməni siyasətçi yersiz şəkildə gileylənib.

Politoloq iddia edib ki, guya bu cür "ikili standartlar"ın motivləri çoxşaxəli xarakter daşıyır.

- Lakin təəssüflər olsun ki, bu, Ermənistan subyektinin əhəmiyyətli dərəcədə azalması və Azərbaycanın beynəlxalq rolunun artması faktının qeydə alındığı acı nəticəyə gətirib çıxarır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Azərbaycan   İlham-Əliyev   Politoloq  



Xəbər lenti