Erməni “rembo”sunun nağılları
// "SVD" ilə 1350 metrdən hədəfi necə vurmaq olar?
Əvvəla, rus istehsalı Draqunovun optikası (ölçü şkalası ilə) maksimum 1000 m məsafəyə nişan almağa imkan verir. Bundan sonra hədəfin hündürlüyü 2 metr olsa belə, onu yalnız əlavə müşahidə cihazları ilə görmək mümkündür. Anlaya bilmirəm ki, Siz 1350 metri haradan götürmüsünüz.
Qaldı ki, hələ hərəkətdə olan hədəfə - bunu yaxta qiymətinə olan, xüsusi patronlarla atəş açan xarici snayper tüfənglərindən etmək belə asan iş deyil, nəinki СВД-dən..."
Qeyd etmək lazımdır ki, hərbi cinayətkar Vova Vartanovun idarə etdiyi VOMA beynəlxalq terrorçu hazırlığı kursları 44 günlük müharibəyə qədər Azərbaycanın işğal olunmuş ərazilərində (əsasən Kəlbəcər və Laçında) fəaliyyət göstərsə də, işğalçı kontinqentin məhv edilməsindən sonra Ermənistana təxliyə edilib. Xarici diasporunun vəsaitilə maliyyələşən bu təşkilat müxtəlif ölkələrdə yaşayan ermənilərə hərbi, dil və terrorçu-təxribat texnoloqiyaları üzrə praktik məşğələlər təşkil edir.
Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün
Teqlər: Erməni-nağılları







Vaxtında, Aydın, Lazımlı!


