Paşinyan Azərbaycanla saziş imzalamaq istəyir

 Paşinyan Azərbaycanla saziş imzalamaq istəyir
  17 Fevral 2022    Oxunub:1814
Ermənistanın baş naziri Nikol Paşinyan yeni nəqliyyat dəhlizlərinin qurulmasından danışıb. AzVision.az xəbər verir ki, o hökumətin iclasında çıxışı zamanı Ermənistanın Şimal-Cənub magistralının Sisian və Kacaran şəhərləri arasında yerləşən hissənin tikintisi üçün tender elanına dair də məlumat verib.
Bu gün müsabiqənin kvalifikasiya mərhələsi elan edilib. Maraqlı layihə və tikinti şirkətləri prosesə dəvət olunur və onların arasından belə bir miqyasda işləri görə bilənlər seçiləcək. Baş nazir onu da vurğulayıb ki, SSRİ dağılandan sonra Ermənistanda belə həcmdə iş aparılmayıb və tikinti işlər yüz milyonlarla dollar tələb edəcək.

- Seçim 70 gün davam edəcək, bundan sonra seçilmiş şirkətlər əsas müsabiqədə iştirak edə biləcəklər. Hər şey edilməlidir ki, ilin sonuna qədər prosesi başa çatdıraq, - baş nazir bildirib.

O əlavə edib ki, yeni yol təkcə şimalla cənubu (yəni Ermənistanı İranla-red.) deyil, həm də qərblə şərqi (yəni Azərbaycan, Ermənistan, Naxçıvan və Türkiyə-red.) birləşdirməlidir.
Bununla bağlı Paşinyan xatırladıb ki, Ermənistan-Naxçıvan-Azərbaycan (Yerasx-Culfa-Meğri-Horadiz) dəmir yolunun Ermənistan hissələrinin yenidən qurulması üzrə də layihələndirmə işləri aparılır.

Ərazi idarəetmə naziri Qnel Sanosyan isə deyib ki, Sisian-Kacaran yolu 6 il müddətinə tikiləcək. Bunun üçün ümumi uzunluğu 4,7 km olan 27 körpünün salınması və 12 km uzunluğunda 5 tunelin qazılması tələb olunur. Onardan biri 8, 6 km olacaq. Yeni yol İran sərhədindən Ermənistanın dərinliklərinə qədər gediş vaxtını təxminən iki saat azaltmağa kömək edəcək. İndi kommunikasiyaların açılması ilə bağlı aparılan danışıqlar nəzərə alınaraq, magistral yola şərq və qərb tərəfdən giriş yolları da layihələndiriləcək. Layihənin əsas kreditoru Asiya İnkişaf Bankı olacaq.

Baş nazir onu da vurğulayıb ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir.

- Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək. Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər., - hökumət başçısı bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti