Kraliça II Yelizavetanın ayaqları tutuldu- VİDEO

 Kraliça II Yelizavetanın ayaqları tutuldu-  VİDEO
  17 Fevral 2022    Oxunub:2420
İngiltərənin 95 yaşlı kraliçası II Yelizavetanın yeriməsində ciddi probemlər yaranıb. AzVision.az xəbər verir ki, o, Vindzor qəsrində kontr-admiral Ceyms Makaudla görüşü zamanı əlində əsa ilə dayanıb və yerindən tərpənə bilməyəcəyini etiraf edib.
Video kral ailəsinin kanalında yayılıb. II Yelizaveta əsaya söykənsə də, kraliça hətta xüsusi qurğunun köməyi ilə ən azı bir-iki addım ata bilməyib.

- Mən burdayam! Gördüyünüz kimi, mən hərəkət edə bilmirəm,- kraliça səhhəti ilə bağlı deyib. Qərb mediası yazır ki, Yelizavetanın məlum problemləri aldığı travma ilə bağlı deyil. Söhbət yaşla bağlı səhhətdə gedən dəyişikliklərdən gedir. Məhz bu səbəbdən də kraliçanın yeriməsində ciddi problemlər yaranır.

Qeyd edək ki, şahzadə Filipin ölümündən sonra II Yelizaveta ictimaiyyət arasında daha az görünür. Bu yaxınlarda o, taxt-tac varisi haqqında danışaraq ölkə vətəndaşlarını qorxuya salıb. Artıq məlumdur ki, kraliçanın ölümündən sonra titulu onun böyük oğlu Çarlz alacaq.



Amma səhhətindəki problemlərə baxmayaraq II Yelizaveta işləməyə davam edir. O, vaxtaşırı məmurlarla görüşlər keçirsə də, səfərlərdən çəkinir. Kraliça vaxtının çox hissəsini Bukingem sarayında və ya Vindzor qəsrində keçirir.

Xatırladaq ki, bu yaxınlarda II Yelizavetanın taxta çıxmasının 70 ili tamam oldu. O, hazırda dünyanın ən uzun müddət hakimiyyətdə olan monarxı sayılır.

Tural Tağıyev
AzVision.az


Teqlər: Kraliça   İngiltərə  



Xəbər lenti