|
| Erməni “rembo”sunun nağılları |
Hökumət guya ailələrin qeydinə qalaraq xatırladır ki, 44 günlük Qarabağ müharibəsində ölən hərbçilərin məcburi hərbi xidmətə cəlb olunan kiçik qardaşları da var.
- Onların bir çoxunun valideynləri ağır psixoloji və sosial vəziyyətdədir, kiçik oğullarını xidmətə göndərmək istəmirlər. Bu ailələrin digər üzvlərinə məcburi hərbi xidmətdən azad olmaq imkanı verməklə, nəticədə həmin ailələr üzləşdikləri psixoloji və sosial problemlərin öhdəsindən daha rahat gələ biləcəklər, - qanuna dəyişikliklə bağlı əsaslandırmada qeyd olunur.
Qanunvericilik təşəbbüsü hökumət tərəfindən müzakirə olunmadan təsdiqlənib və yaxın vaxtlarda baxılması üçün parlamentə təqdim olunacaq.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı ağır məğlubiyyətlə üzləşən Ermənistanda ölü, itkin və yaralı sayı o qədər çoxdur ki, hökumət hələ də dəqiq statistikanı cəmiyyətə təqdim etməyib. Bəzi müxalif saytlar isə yeni dəyişikliyin məlum ailələrə "qayğı"dan qaynaqlanmadığını yazır.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


