"Kiyev Putinlə danışıqlar üçün müraciət göndərib" - Zelenski

 "Kiyev Putinlə danışıqlar üçün müraciət göndərib" -    Zelenski
  17 Fevral 2022    Oxunub:1547
"Rəsmi Kiyev fevral ayında Rusiya Federasiyası Prezidenti Administrasiyasına Vladimir Putinlə telefon danışığı üçün müraciət göndərib".
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Yalnız son günlər deyil, vaxtaşırı Ukrayna məsuliyyətli ölkə kimi risklərin istənilən eskalasiyası zamanı Rusiya Prezidenti Administrasiyasına rəsmi sorğu ünvanlayır.
Fevral ayında da belə bir müraciət olub. Ukrayna cavabsız qalmır, lakin bu cavablar görüşə gətirib çıxarmır”, - Zelenski söyləyib.

O deyib ki, telefon danışığını heç kim təsdiqləmir: "Bir çox ölkələr öz ərazilərini təklif edirlər, biz maraqlıyıq, mən heç bir ölkədən imtina etməmişəm. Bundan əlavə, biz özümüz bu və ya digər ölkəyə təklif etmişik. Biz Rusiya Federasiyası ilə müxtəlif formatlarda razılaşmalarda, danışıqlarda maraqlıyıq”, - Zelenski əlavə edib.

Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putindən müsbət cavab alacağı təqdirdə Türkiyə, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşünün Ankarada və ya İstanbulda keçirilməsi ehtimalını açıqlayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu daha sonra bildirib ki, Türkiyə Rusiya və Ukraynanın “Minsk” formatında görüşünə ev sahibliyi etməyə, dəstək verməyə hazırdır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zelenski  



Xəbər lenti