Putinin Türkiyəyə səfərinin tarixi razılaşdırılır

Putinin Türkiyəyə səfərinin tarixi razılaşdırılır
  17 Fevral 2022    Oxunub:1428
"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi hələ müəyyənləşməyib".
AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını Türkiyəyə səfərə dəvət edib. Putin Ərdoğanın dəvətinə müsbət cavab verib. Səfərin fevral ayında baş tutacağı gözlənilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Putin   Türkiyə   Səfər  



Xəbər lenti