Köçəryan gileyləndi: "Müxalifət kütləni küçələrə çıxara bilmir"

      Köçəryan gileyləndi:    "Müxalifət kütləni küçələrə çıxara bilmir"
  17 Fevral 2022    Oxunub:1459
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Köçəryan vətəndaşarın onlara daha etimad göstərməmələrindən gileylənib. AzVision.az xəbər verir ki, o, mətbuat konfransında müxalifətin geniş kütləni küçələrə çıxarıb etiraz aksiyaları təşkil edə biləcəyi məqamın hələ yetişmədiyini deyib.
- Təbii ki, hakimiyyətə son dərəcə mənfi münasibət bəsləyən vətəndaşların sayı artıb. Lakin biz başa düşməliyik ki, müxalifətin də reytinqi aşağı düşür. Amma bizdən məyus olanlar iqtidarın fanatına çevrilmir. Həmçinin bizdən radikal addımlar gözləyənlər də məyusdur, - o qeyd edib.

"Danışıqların gündəliyini Bakı diqtə edir" - Köçəryan
Eks-prezident hazırkı böhranlı durumlarına baxmayaraq əminliyini ifadə edib ki, iqtidar hakimiyyətdən küçə döyüşləri olmadan getməyəcək. Amma kifayət qədər etirazçı kütlə lazımdır ki, küçələrə çıxıb hökuməti istefaya göndərmək istəsin.

Onun sözlərinə görə, rəy sorğularının nəticələri göstərir ki, İrəvan sakinlərinin 42%-i hökumətdən son dərəcə narazıdır və yalnız 14%-i onu dəstəkləyir. O, əmindir ki, proseslər etiraz əhval-ruhiyyəsinin güclənməsi istiqamətində gedir və müxalifətə ancaq anı düzgün tutmaq lazımdır. Köçəryan bir şeyə də əmindir - müxalifət küçə mübarizəsini gücləndirmək üçün kənar siqnalları gözləməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Müxalifət   Köçəryan  



Xəbər lenti