Vurğulanır ki, bu, Ukrayna sərhədi yaxınlığında 100 000-dən çox rus əsgərinin yerləşdiyi daha geniş müharibə perspektivi ilə bağlı qlobal narahatlığın yarandığı bir vaxta təsadüf edir: "Moskva işğal planlaşdırdığını inkar edir,bu həftə bəzi qoşunlarını geri çəkdiyini bəyan etsə də, Qərb ölkələri buna əmin olmadıqlarını deyirlər. Separatçılar hökumət qüvvələrini son 24 saat ərzində öz ərazilərinə dörd dəfə atəş açmaqda, Ukrayna isə üsyançıları artilleriya atəşinə tutmaqda, iki mülki vətəndaşın mərmi partlamasından xəsarət alması, o cümlədən uşaq bağçasını vurmaqda ittiham edir".
Ukraynanın üsyançıların nəzarətində olan Luqansk vilayətinin Kadiivka şəhərində “Reuters”in fotoqrafı təmas xətti istiqamətindən artilleriya atəşinin səsini eşitsə də, hadisənin təfərrüatlarını dərhal aydınlaşdıra bilməyib. Kiyev və onun Qərb müttəfiqləri son həftələrdə dəfələrlə bəyan ediblər ki, Moskva separatçı münaqişədəki insidentdən işğala bəraət qazandırmaqda istifadə edə bilər. Rusiya isə öz növbəsində Kiyevi üsyançıların ərazisini güc yolu ilə geri qaytarmaq üçün eskalasiyaya təhrikdə ittiham edib.
Diplomatik mənbə bildirib ki, ATƏT-in uzunmüddətli monitorinq missiyası cümə axşamı səhər saatlarında təmas xətti boyunca çoxsayda atəş insidentləri qeydə alıb.
2015-ci ildə əldə edilmiş atəşkəsin separatçı münaqişədə geniş döyüşlərə son qoymasından bəri ATƏT adətən hər gün onlarla atəşkəs pozuntusu, ayda bir neçə dəfə kütləvi atəş və ya toqquşmalar, onların nəticəsində xəsarətalma və ya itkilər barədə məlumat yayır.
Separatçıların nəzarətində olan iki regiondan biri “Luqansk Xalq Respublikası” bəyan edib ki, bu gün Ukrayna qüvvələri dörd ayrı insidentdə minaatan, qumbaraatan və pulemyotdan istifadə ediblər: “Ukrayna silahlı qüvvələri ağır silahlardan istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozub, Minsk razılaşmalarına əsasən bu silahlar geri çəkilməlidir”.
Ukrayna hərbçiləri isə üsyançılara isə bildiriblər ki, Rusiyanın işğalçı qoşunları xüsusi sinizmlə Luqansk vilayətinin Stanitsa Luqansk kəndini atəşə tutublar. Terrorçuların ağır artilleriya silahlarından istifadə etməsi nəticəsində mərmilər uşaq bağçasının binasına düşüb. Məlumata görə, iki mülki şəxs mərmi zərbəsi alıb.
Xatırladaq ki, Rusiya parlamentinin aşağı palatası çərşənbə axşamı prezident Vladimir Putindən özünü elan etmiş separatçı "DXR" və "LXR"nın "müstəqillyini" tanınmağa çağırıb.
Kreml isə Putinin dərhal belə qərar qəbul etmək planının olmadığını açıqlayıb.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


