Toyda faciə: Oynayan 13 qadın quyuya düşüb öldü

 Toyda faciə:  Oynayan 13 qadın quyuya düşüb öldü
  17 Fevral 2022    Oxunub:1711
Hindistanın şimalında keçirilən toy mərasimi ən azı 13 qadının ölümü ilə başa çatıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, çərşənbə günü axşam saatlarında Uttar Pradeş ştatının Kuşinaqar şəhərinin Nibua Nauranjia kəndində "Xaldi" mərasimi zamanı (bəylə gəlinin üzünə, əl və ayaqlarına zərdəçal vurulur - red.) insanlar təsadüfən quyuya düşüblər.
Həkimlər gələnə kimi 11 nəfər hadisə yerində, daha iki qadın isə əməliyyat masasında ölüb.
Xəstəxanaya yerəşdirilən daha üç yaralı vəziyyəti ağır kimi qiymətləndirilir.
Hindistanın baş naziri Naredra Modi də faciəyə reaaksiya verib. O, Tvitterdə başsağlığı yazıb.

- Uttar Pradeş ştatının Kuşinaqar şəhərində baş verən qəza ürəkağrıdıcıdır. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram. Yerli administrasiya hər cür yardım göstərir, - Modi yazıb.
Bildirilir ki, həlak olanların yaxınlarına 4 milyon (5330 dollar-red) məbləğində təzminat ödəniləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti