Rusiyanın fevralın 20-dən sonra Ukraynaya hücumu xəbəri saxtadır
“Güman ki, daha bir saxta məumat ortaya çıxıb. Ümid edirəm ki, siz və biz bu saxtakarlığa inanmayacağıq", - o söyləyib.
Peskov bundan əvvəl də Rusiyanın Ukraynaya hücum tarixi ilə bağlı versiyaların səsləndiyini söyləyib: "Bu informasiyaların feyk olduğu ortaya çıxdı, sonradan bu saxtakarlığın müəlliflərindən heç biri səhvə yol verdiklərini etiraf etmədilər".
Xatırladaq ki, Rusiyanın fevralın 20-dən sonra Ukraynaya ehtimal edilən hücumu ilə bağlı məlumatları “Politico” nəşri yazıb.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


