Rusiya ATƏT-in iclasında iştirak etməyəcək
Onun sözlərinə görə, Ukrayna tərəfinin belə bir tələbinin heç bir əsası yoxdur: "Biz artıq Ukraynanın Daimi Nümayəndəliyinə və Polşanın ATƏT sədrliyinə rəsmi nota ilə məlumat vermişik ki, Rusiya Silahlı Qüvvələrinin hərbi bölmələrinin hərəkəti ilə bağlı həyata keçirdiyi bütün tədbirlər planlı döyüş hazırlığı çərçivəsində aparılır və bildiriş tələb etmir", - o bildirib.
Əlavə edib ki, Baltikyanı ölkələr və Ukraynanın 2011-ci il Vyana sənədinin 16-cı bəndindən istifadə etmək cəhdlərinin heç bir əsası yoxdur: "Bununla bağlı Rusiya Ukraynanın tələbi ilə çağırılan iclaslarda iştirak etməyəcək və hər hansı qərarın qəbuluna etiraz edir".
İclas Ukrayna XİN-in müraciəti əsasında baş tutacaq. Toplantıda Rusiya-Ukrayna sərhədindəki son vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, hazırda ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna Azərbaycan sədrlik edir.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


