Ərdoğan yenidən “Twitter”i bağlatdırmaq istəyir
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir bu qərarı qınayıb.
“Bu şirkətlər ölkələrin konstitusiyasına, qanunlarına, qaydalarına tabe olduqları kimi, Türkiyənin də qayda-qanunlarına riayət etməlidirlər. Konsttitusiyamıza, vətəndaş hüquqlarına hörmət etməlidirlər. Beynəlxalq şirkətlərin mənfəətinin milli maraqlarımız üzərində qurulduğunu aydın etmək çətin deyil”.
Ərdoğan onu da qeyd edib ki, ancaq Türkiyənin hüquqi problemlərini nəzərə almayanlar beynəlxalq şirkətləri bu cür müdafiə edə bilər. O, Türkiyənin mənfəətini, millətin maraqlarını, milli təhlükəsizliyi, vətəndaş hüquqlarını həmişə müdafiə edəcəklərini və konstitusiya məhkəməsinin qərarını yenidən nəzərdən keçirməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə qərar qəbul edib.
Məhkəmə ölkədə Twitter-in bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb və bu qadağanı istifadəçilərin fikir azadlıqlarının pozulması kimi qiymətləndirib.
Mirvari