ATƏT müşahidəçiləri Donbassda 500 partlayış qeydə alıb

   ATƏT müşahidəçiləri Donbassda 500 partlayış qeydə alıb
  17 Fevral 2022    Oxunub:1675
ATƏT müşahidəçiləri dünən Donbasda təmas xəttində 500 partlayış qeydə alıblar.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyasının rəhbəri Yaşar Halit Çevik deyib. O bildirib ki, bu gün partlayış səsləri nisbətən azalıb.

Dünən gecədən bu gün Kiyev vaxtı ilə 11.20-dək təmas xətti boyunca 500 partlayış, saat 11.20-dən sonra 30-a yaxın partlayış qeydə alınıb ki, bu da gərginliyin azaldığını göstərir”.

Missiya rəhbəri münaqişə tərəflərini atəşkəslə bağlı öhdəliklərə ciddi əməl etməyə çağırıb. "Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün dərhal gərginliyin aradan qaldırılması vacibdir”.

AzVision.az




Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti