“FarmHer” layihəsi qadınların inkişafına töhfə verir |
CEO panelinin İR funksiyasının təşkilatın uğurundakı rolu ətrafındakı müzakirəsində çıxış edən Zərinə Zeynalova, əsl biznes tərəfdaşı olmaq üçün həmin funksiyanın vacibliyini vurğulayıb. "Texnologiya və digər sənaye sahələrində innovasiyaların sürətli tətbiqi dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşma tələb edir. Bu baxımdan, kommersiya bacarıqları və sahibkarlıq ruhu, analitik bacarıqlar, emosional dayanıqlılıq, yüksək səviyyədə özünüdərk, ağıllı qərarlar qəbul etmək qabiliyyəti, dürüstlük və etimad İR mütəxəssisindən tələb olunan əsas keyfiyyətlərdir, - deyə, Azercell prezidenti bildirib. Azercell prezidentinin sessiyadakı çıxışı transformasiya liderliyi və dəyişikliklərin idarə edilməsi ilə bağlı fikirləri ətrafında ona auditoriyanın çoxsaylı suallarının yönəlməsinə səbəb olub.
Onu da qeyd edək ki, "BIHRF" çərçivəsində keçirilən "HR Awards" 2022 mükafatlandırma mərasimi zamanı Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları "Ən Yaxşı Sağlamlıq və İşçi Rifahı Strategiyası" və "Ən Yaxşı Təlim və İnkişaf Strategiyası" nominasiyalarında iki yüksək nailiyyət sertifikatı ilə təltif olunub.