Lavrov və Blinken gələn həftə görüşəcək

Lavrov və Blinken gələn həftə görüşəcək
  18 Fevral 2022    Oxunub:1711
ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gələn həftə görüşmək təklifini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Dövlət katibi Entoni Blinken gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynaya müdaxilə olmamaq şərti ilə görüşmək dəvətini qəbul edib. Rusiya tərəfi görüşün konkret tarixlərini təklif edib və biz onları qəbul edirik. Əgər onlar yaxın günlərdə Ukraynaya hücum etsələr, bu, diplomatiyanı heç vaxt ciddi qəbul etmədikləri anlamına gələcək”, - Prays bildirib.

Son aylar Qərbdə və xüsusən də Kiyevdə Rusiyanın Ukraynaya gözlənilən hücumu ilə bağlı bəyanatlar səslənir. Öz növbəsində, Kreml dəfələrlə hər hansı bir hücum planının olmasını təkzib edib və bu xəbərləri əsassız adlandırıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Lavrov   Blinken  



Xəbər lenti