Qazaxıstanın hakim partiyası növbədənkənar qurultay keçirəcək

Qazaxıstanın hakim partiyası növbədənkənar qurultay keçirəcək
  18 Fevral 2022    Oxunub:1111
Martın 1-də Qazaxıstanın hakim “Nur Otan” partiyasının növbədənkənar qurultayı keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə partiyanın icraçı katibi Asxat Oralov məlumat verib.

Onun sözlərinə görə, qurultayda nümayəndələr partiyanın işinin müasirləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

“Bu gün “Nur Otan” partiyasının sədri Kasım Jomart Tokayev martın 1-də növbədənkənar XXII qurultay çağırmaq qərarına gəlib. Qurultay zamanı partiyanın işinin daha da modernləşdirilməsinin prioritetləri müzakirə olunacaq”, - Oralov deyib.

Onun sözlərinə görə, qurultayda ölkənin bütün regionlarından nümayəndələr iştirak edəcək. Artıq mərkəzi aparat filiallarla birlikdə hazırlıq işlərinə başlayıb.

Xatırladaq ki, cari ilin yanvar ayında Qazaxıstanda iğtişalar baş verib. Bunun ardınca ölkənin birinci prezidenti Nursultan Nazarbayevin bütün səlahiyyətlərinə xitam verilib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Qazaxıstan  



Xəbər lenti