Ermənistan ordusu rus qırıcıları ilə birgə hərbi təlimlər keçirib

 Ermənistan ordusu rus qırıcıları ilə birgə hərbi təlimlər keçirib
  18 Fevral 2022    Oxunub:1747
Ermənistanda Rusiya hərbçiləri ilə birgə təlim təşkil edilib.AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın Erebunidəki hərbi aviasiya bazasının pilotları və Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının hava hücumundan müdafiə hissələrinin zenit bölmələri birgə təlim tapşırıqlarını yerinə yetiriblər.

- Hava Hücumundan Müdafiə bölmələrinin hərbi qulluqçuları döyüş növbəsi ilə hava məkanının mühafizəsi üzrə tədbirlər hazırlayıblar. Növbətçi növbələrin təlim uçuşları 50-dən 6 min metr hündürlük aralığında identifikasiya sistemlərini söndürülməklə müxtəlif sürətlərdə həyata keçirilib, - məlumatda deyilir. .

Bildirilir ki, təlimlər zamanı hava məkanını pozanları imitasiya edən şərti hava hədəflərinin aşkarlanması və tutulması üzrə tədbirlər hazırlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti