Tokayev xalqa müraciət edəcək

   Tokayev xalqa müraciət edəcək
  18 Fevral 2022    Oxunub:1253
Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev mart ayının ortalarında xalqa müraciət edəcək. AzVision.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Tokayevin mətbuat katibi Berik Uali açıqlayıb.
Onun sözlərinə görə, Prezident yanvar ayında baş vermiş kütləvi iğtişaşlarla bağlı aparılan araşdırmanın nəticələrindən danışacaq.

"Qasım-Jomart Tokayev bir gün əvvəl Qazaxıstan telekanalına müsahibəsində dediyi kimi, bütün məlumatlar dərc olunacaq, biz xalqdan heç nə gizlətməyəcəyik. Hazırda aidiyyatı orqanlar geniş miqyaslı istintaq hərəkətləri aparır, bunun üçün müəyyən vaxt lazımdır”, - deyə Berik Uali Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, iğtişaşlar zamanı saxlanılan şəxslərin məsuliyyəti ilə bağlı məsələ qanunun aliliyi əsasında həll olunacaq.

“Bildiyiniz kimi, bu şəxslərin xeyli hissəsi barəsində həbs-qətimkan tədbiri yumşaldılıb. Artıq yüzlərlə insan təcridxanalardan buraxılıb. Saxlanılan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində iş aparılır. Hüquq-mühafizə orqanları əməkdaşlarının qanun pozuntusu halları araşdırılır. Eyni zamanda, ağır cinayətlər (qətl, zorlama, soyğunçuluq, talan) törətmiş bütün şəxslər qanun çərçivəsində cəzalandırılacaqlar”, - deyə mətbuat katibi izah edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti