Ermənistanda virusa yoluxanların sayı 412 minə yaxınlaşıb

Ermənistanda virusa yoluxanların sayı 412 minə yaxınlaşıb
  18 Fevral 2022    Oxunub:998
Ermənistanda son sutka ərzində daha 1 417 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 411 878 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 25 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8278-ə yüksəlib. Aktiv xəstələrin sayı 17 239 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1 583 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti