ABŞ Polşaya 250 "Abrams" tankı satmağa razılıq verib
"Polşanın təhlükəsizliyi üçün çox mühüm xəbər. ABŞ Dövlət Departamenti M1A2 SEPv3-ün son versiyasında olan 250 “Abrams” tankının satışına razılıq verib", - nazir qeyd edib.
Blaşak hesab edir ki, Amerika tanklarının alınması Polşa tarixindəki ən mühüm hərbi müqavilələrdən biridir: “Bu, bizim müdafiə imkanlarımızın gücləndirilməsində olduqca vacibdir və Polşa tarixindəki ən mühüm silah müqavilələrindən biridir”.
Bundan əvvəl Polşa hakimiyyəti bu tankları ölkənin şərq sərhədində yerləşdirməyi planlaşdırdığını açıqlayıb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


