ABŞ Polşaya 250 "Abrams" tankı satmağa razılıq verib

ABŞ Polşaya 250 "Abrams" tankı satmağa razılıq verib
  18 Fevral 2022    Oxunub:1226
"ABŞ Dövlət Departamenti Polşaya M1A2 SEPv3 versiyasında olan 250 "Abrams" tankının satışına razılıq verib".
AzVision.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak tvitterdə yazıb.

"Polşanın təhlükəsizliyi üçün çox mühüm xəbər. ABŞ Dövlət Departamenti M1A2 SEPv3-ün son versiyasında olan 250 “Abrams” tankının satışına razılıq verib", - nazir qeyd edib.

Blaşak hesab edir ki, Amerika tanklarının alınması Polşa tarixindəki ən mühüm hərbi müqavilələrdən biridir: “Bu, bizim müdafiə imkanlarımızın gücləndirilməsində olduqca vacibdir və Polşa tarixindəki ən mühüm silah müqavilələrindən biridir”.

Bundan əvvəl Polşa hakimiyyəti bu tankları ölkənin şərq sərhədində yerləşdirməyi planlaşdırdığını açıqlayıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər:



Xəbər lenti