Amerikalı diplomat Eldar Qasımovla mahnı oxudu - VİDEO

 Amerikalı diplomat Eldar Qasımovla mahnı oxudu -  VİDEO
  18 Fevral 2022    Oxunub:2040
ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson və tanınmış azərbaycanlı müğənni Eldar Qasımov ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərini nümayiş etdirmək üçün elektromobillə gəzintiyə çıxıblar.

AzVision.az xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.
Onlar "carpool karaoke" tərzində mahnı ifa ediblər.

"Diplomatik nömrəli yeni elektromobil indi Bakı küçələrində süzür. Səfirliyin qarajına ən yeni əlavə elektromobildir və bununla da ABŞ səfirliyi yaşıl təşəbbüsü dəstəkləmək öhdəliyini nümayiş etdirir", - paylaşımda deyilir.



Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti