“Azərbaycanı dəstəkləmək üçün əlimizdən gələni edirik” - Akar

   “Azərbaycanı dəstəkləmək üçün əlimizdən gələni edirik” -    Akar
  18 Fevral 2022    Oxunub:1452
"Azərbaycan, Liviya kimi dost və qardaş ölkələrdə dostlarımızın, qardaşlarımızın haqlı mübarizələrini əlimizdən gəldiyi qədər dəstəkləməyə davam edirik”.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Regionumuz gərgin və həssas dövrdən keçir. Belə bir vaxtda NATO müdafiə nazirlərinin iki günlük iclası keçirildi. İclasda başda Ukrayna olmaqla Alyansın gündəmində olan regional və qlobal məsələlər müzakirə olundu”, - nazir vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Akar  



Xəbər lenti