Akar Rusiya-Ukrayna böhranından danışıb
“Diplomatiya və dialoqun davam etdirilməsi və beləliklə, böhranın aradan qalxması hər birimizin arzusudur. Bunun üçün əlimizdən gələni edirik”, - nazir vurğulayıb.
Akar, həmçinin Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyib: “Bizim Rusiya-Ukrayna böhranına münasibətimiz ilk gündən bəri açıq və konkretdir. Mövqeyimiz ən yuxarı səviyyələrdə-Prezident və nazirlər səviyyəsində həmişə dilə gətirilib. Biz ilk gündən etibarən Krımın işğalına qarşı olduğumuzu deyirdik. Regiondakı gərginliyin soyuqqanlı həllinin tərəfdarıyıq. Bu mənada Qara dəniz sahili ölkələrinin hüzur və rifah içində yaşamasını istəyirik. Bizim üçün həm Gürcüstanın, həm Ukraynanın ərazi bütövlüyü vacibdir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


