"Rusiyanı heç kim təhdid etmir" - MSC-nın rəhbəri

 "Rusiyanı heç kim təhdid etmir" -  MSC-nın rəhbəri
  18 Fevral 2022    Oxunub:1039
Münhen Təhlükəsizlik Konfransının (MSC) sədri Volfqanq İşinger bu gün öz işinə başlayacaq bu forumda Rusiya hökuməti nümayəndələrinin iştirak etməməsini səhv adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə o, “ARD” telekanalına müsahibəsində deyib.

“Konfransa qatılacaq yüzlərlə lider Rusiyanın iştirak etməməsindən çox təəssüflənəcək”, - İşinger əlavə edib.

Almaniyalı siyasətçinin fikrincə, Münhen görüşündə əsas mövzu “nə etmək lazımdır ki, Rusiya tərəfi nəhayət, Ukrayna sərhədi boyunca təhdid ssenarisindən əl çəkib, diplomatik danışıqlar masasına qayıtsın” olacaq.

O, Rusiyanın təhlükəsizlik zəmanəti vermək tələbinə də toxunub, bildirib ki, NATO son 18 ildə şərqə doğru genişlənmək üçün bir addım da atmayıb: “Niyə biz 18 ildən sonra bu məsələni indi gündəmə gətirməliyik? Ukraynanın NATO-ya üzvlük məsələsi müzakirə olunmur".

Konfransın rəhbəri deyib ki, burada, Münhendə biz yenidən görüşümək və demək istəyirik: "Hər bir Avropa dövləti öz taleyini özü müstəqil müəyyən etməlidir. Eyni zamanda başqalarını təhdid etməməlidir. Heç kim Rusiyanı təhdid etmir".

Prezident Putin Münhenə gəlməkdən imtina edib.

Münhen Təhlükəsizlik Konfransı 18-20 fevral tarixlərində "Bayerischer Hof" oteldə keçiriləcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Münhen-konfrans  



Xəbər lenti