Roma Papası Patriarx Kirillə görüşəcək

Roma Papası Patriarx Kirillə görüşəcək
  18 Fevral 2022    Oxunub:1097
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill və Roma Papası Fransislə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Vatikandakı səfiri Aleksandr Avdeyev Rusiya-İtaliya seminarı zamanı deyib.

“İyun-iyul aylarında Papa Fransis və Patriarx Kirill arasında ikinci görüş hazırlanır, hələlik yer müəyyən edilməyib ”, - Avdeyev bildirib.

Diplomat onu da xatırladıb ki, bundan əvvəl tərəflər arasında ilk görüş 2016-cı ildə Kubada baş tutub.

Fransis keçən il dekabrın əvvəlində Yunanıstan və Kipr səfərindən qayıdarkən jurnalistlərə Patriarx Kirilllə görüşünün gözlənildiyini deyib.

Pərvanə Sultanova
AzVision.az


Teqlər:



Xəbər lenti