Putin və Lukaşenko danışıqlara başlayıb

 Putin və Lukaşenko danışıqlara başlayıb
  18 Fevral 2022    Oxunub:1439
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Kremldə danışıqlar başlayıb.
AzVision.az xəbər verir ki, bu, liderlərin cari ildə ilk təkbətək görüşüdür. Onlar sonuncu dəfə ötən ilin dekabrında Sankt-Peterburqda görüşüblər. Son bir ay yarım ərzində Putin və Lukaşenko arasında telefon danışıqları olub.

Görüş əlavə anti-COVID məhdudiyyətləri olmadan keçirilir. Belə ki, Putin Almaniyanın kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla bəzi başqa dövlət başçıları ilə görüşdə tətbiq edilən sosial məsafə yoxdur. Bu, həmin liderlərin görüşdən əvvəl PCR testindən keçərkən rusiyalı tibb işçilərinin xidmətlərindən imtinaları ilə bağlı olub.

Bu vəziyyətdən fərqli olaraq Putinlə Lukaşenkonun söhbəti üçün altı metrlik oval masaya ehtiyac qalmayıb. Danışıqlar başlamazdan əvvəl prezidentlər əl görüşüb, sonra aralarında qısa məsafə olmaqla danışıqlara başlayıblar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti