Temperatur günü-gündən qalxır

Temperatur günü-gündən qalxır
  03 Aprel 2013    Oxunub:1188
Sabah Azərbaycanda havanın temperaturu müsbət 25 dərəcəyədək yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 14-19, bəzi yerlərdə 21 dərəcəyədək isti olacağı gözlənilir.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, ayrı-ayrı cənub rayonlarında çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 25, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti qeydə alınacaq.


Teqlər:  





Xəbər lenti