Ukrayna böhranında Çinin mövqeyi necə olacaq?

 Ukrayna böhranında  Çinin mövqeyi necə olacaq?
  20 Fevral 2022    Oxunub:3708
Rusiya ilə Qərb ölkələri arasında yaranmış gərginlik Çini də narahat edir.AzVision.az xəbər verir ki, çinli analitiklər artıq Pekinin proseslərdən kənarda qalmayacağını bildirirlər. İndiyə kimi sərgilənən susqunluq isə, onların sözlərinə görə, neytrallığı qorumağa hesablanmışdı.

Məsələn, analitik Mu Çunşan belə hesab edir ki, müharibə başlasa, Çin Rusiyanın Ukraynanı işğalına dəstək verməyəcək. Çünki Pekin üçün bu həm daxili, həm də xarici siyasətdə böyük risklər yaradacaq.
“Ağ qartal” ovu: Ukrayna-Polşa böhranının səbəbi nədir?

"Buna görə də Rusiya ilə Ukrayna arasında müharibə başlasa belə, Pekin Moskvanı dəstəkləmək məcburiyyətində olmayacaq. Yeddi il əvvəl Krım böhranı zamanı da Çin Rusiyanın mövqeyini açıq şəkildə dəstəkləmədi",- "The Diplomat" nəşri analitikdən sitat gətirib.

Ekspert vurğulayıb ki, Moskva ilə Pekin arasında xüsusi münasibətlər qurulub. Bu ABŞ və NATO münasibətlərindən fərqlənir. Yəni əgər hərbi təhlükə yaranarsa, Rusiya və Çin bir-birinə yardım etməklə bağlı öhdəlik götürməyiblər. 2014-cü ildə Çin hökuməti Moskvanı açıq şəkildə dəstəkləməyib, sadəcə, ABŞ-ın Ukraynadakı hərəkətlərini pisləyib.


Çinin Kremlə kömək etmək istəməməsinin başqa bir səbəbi də Pekinin özünün Rusiyaya qarşı birmənalı olmayan münasibətidir. Məsələ burasındadır ki, Rusiya dövləti “zillət əsrində” Çinə təcavüz edən Avropa ölkələri sırasında idi. Tarixdəki bu epizodu Çin indiyə qədər unutmayıb...

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Çin   Rusiya  



Xəbər lenti