"ABŞ və NATO vədlərini yerinə yetirməlidirlər" - Lavrov

"ABŞ və NATO vədlərini yerinə yetirməlidirlər" -    Lavrov
  18 Fevral 2022    Oxunub:1231
“Moskva ABŞ və NATO-nun üzərinə götürdüyü təhlükəsizlik öhdəliklərini və bununla bağlı Rusiyaya verdiyi vədləri yerinə yetirmələrinə çalışacaq”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT” kanalına müsahibəsində deyib.

"Biz amerikalı həmkarlarımıza və onların NATO üzrə bütün müttəfiqlərinə vədlərlə kifayətlənə bilməyəcəyimizi ətraflı izah etməkdə maraqlıyıq. Rusiya prezidenti Vladimir Putinin dəfələrlə qeyd etdiyi şifahi təminatların heç bir dəyəri yoxdur", - Lavrov vurğulayıb.

O bildirib ki, hər şeyin ədalətli olmasını təmin etməyə çalışacağıq: "Ən azından, "anlayışlara" beynəlxalq səviyyədə hörmət edilməlidir".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Lavrov  



Xəbər lenti