`Qərb kəşfiyyatı sosial şəbəkələr və jurnalistlərlə işləyir`

`Qərb kəşfiyyatı sosial şəbəkələr və jurnalistlərlə işləyir`
  09 Aprel 2014    Oxunub:1175
Amerika və Britaniya xüsusi xidmətləri “ərəb baharı”nı və “rəngli inqilabları” təşkil etmək üçün sosial şəbəkələrdə təbliğatdan istifadə ediblər. Bu, Edvard Snoudenin son açıqlamalarından bəlli olur.

“Snoudenin təqdim etdiyi son materiallardan aydın olur ki, xüsusi xidmətlər Qərb ideologiyasını yaymaq və siyasi prosesləri özlərinə sərfəli şəkildə yönəltmək üçün sosial şəbəkələrin imkanlarından istifadə edərək, ictimai şüurla manipulyasiya ediblər”,- deyə “The Guardian”ın əməkdaşı Qlenn Qrinvald “The İntercept” saytında dərc olunan məqaləsində yazır.

Onun verdiyi məlumata görə, bu məqsədlə Britaniya hökuməti “Psixologiya: rabitənin inkişafında yeni mərhələ” adlı hesabat hazırlayıb. Hesabatda o da bildirilir ki, 2010-cu ildə Britaniya, ABŞ, Kanada, Yeni Zelandiya, Avstraliya xüsusi xidmət əməkdaşlarının görüşü zamanı sosial şəbəkələr vasitəsilə digər ölkələrdə ictimai şüura təsir etmək yolları müzakirə olunub.

Hesabata görə, hazırda xüsusi xidmətin fəaliyyətinin 5%-i sosial şəbəkələrlə işləməyə yönəlib. Məqsəd lazım olan hadisələri əvvəl virtual məkanda yaratmaq, sonra isə reala çevirməkdir.

Sənəddə bu məqsəd üçün yararlı olan jurnalistlərlə işləməyin vacibliyi də göstərilir. Onların missiyası lazım olan xəbərləri yaymaqdır.

Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti