"Yaxşı qonşular ən yaxın müttəfiqlərdir" - Putin

   "Yaxşı qonşular ən yaxın müttəfiqlərdir" -    Putin
  18 Fevral 2022    Oxunub:2064
Kremldə Vladimir Putinlə Aleksandr Lukaşenko arasında danışıqlar başa çatıb. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, söhbət iki saat yarım davam edib, bundan sonra liderlər mətbuata açıqlamalar veriblər.
Putinin sözlərinə görə, söhbət dostluq və eyni zamanda işgüzar şəraitdə keçib. O vurğulayıb ki, Moskva və Minsk strateji tərəfdaşlar, “yaxşı qonşular, ən yaxın müttəfiqlərdir”.

"Bizi ümumi tarix, mənəvi dəyərlər, qohumluq əlaqələri möhkəm birləşdirir. Çoxşaxəli ikitərəfli əməkdaşlıq həmişə qarşılıqlı hörmət, dəstək və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri üzərində qurulub".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti