"“Əbədi prezidentlik”lə bağlı böyük qardaşımla məsləhətləşəcəm" - Lukaşenko

   "“Əbədi prezidentlik”lə bağlı böyük qardaşımla məsləhətləşəcəm" -    Lukaşenko
  18 Fevral 2022    Oxunub:1978
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə "əbədi prezidentliyi" ilə bağlı məsləhətləşəcək. AzVision.az "Sputnik Belarus"a istinadən xəbər verir ki, Lukaşenko bu barədə Moskvada Putinlə görüşündən sonra mətbuata danışarkən məlumat verib.
"Mənim prezidentliyimə gəlincə, indi biz böyük qardaşımızla (Rusiya prezidenti – Sputnik) məsləhətləşəcəyik və qərar verəcəyik. Hər şey yaxşı olacaq", - Belarus lideri jurnalistlərin sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Lukaşenko bildirib ki, Qərb Belarusa hücumunu dayandırmasa, o, əbədi prezident olacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti