Azərbaycanda “Krım böhranı”: şirkətlər narahatdır
Orta hesabla il ərzində 5, 6 milyon turist Krımı ziyarət edir. Ümumilikdə 3 milyard dollarlıq gəlirin 60 faizini turizm sahəsi tutur. Yeni mövsümdə bu rəqəmlərin aşağı düşəcəyi ehtimal olunur.
Maraqlıdır, Azərbaycandan Krıma getmək üçün müraciət edənlər varmı? Krım böhranı Azərbaycanın turizm şirkətlərinə necə təsir edəcək?
AzVision.az bir neçə turizm şirkəti ilə əlaqə saxlayaraq yay mövsümündə Krıma turların olub-olmayacağını öyrənib.
“Miracle” Traveldən bildirilib ki, hazırda Krıma uçuşla bağlı şirkətə müşrətilər tərəfindən təkliflər daxil olmur. “Keçən yay birbaşa reys var idi, bu yay olub-olmayacağını bilmirik”.
“Victory” Tour: “ Yayda birbaşa reys ola bilər ki açılsın, amma hələki yoxdur”.
“İnter” Travel Club da eyni problemdən əziyyət çəkir. “Hələ ki, yoxdur,yayda necə olacağını bilmirik”.
“Bestar” Travel: “Krımda baş verən hadisələrlə bağlı gediş-gəliş çox azdır. Ara sakitləşsin, yəqin ki, uçuşlar artacaq. Heç Kiyevə də bilet satılmır. Yayda necə olacağı bilinmir”.
“Royal” Traveldən isə bildirilib ki, Krıma turların olub-olmaması mayın 15-dən sonra bilinəcək. “Hələ ki, tələbat yoxdur, Mayın 15-dən sonra məlum olacaq ,uçuş olacaq, ya yox”.
“Caucasus” Travel: “Uçuş yoxdur. Hələ ki,bilinmir, yayda reys açılacaq”.
“Turan” Travel: “Birbaşa reys yoxdur, olsa da Moskvadan olacaq”.
Nihadə Eyyubova
AzVision.az