Putin Donbassdan gələnlərə 10 min rubl ayırdı
"Putin fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən Aleksandr Çupriyanla telefonla danışıb və ona təcili olaraq Rostov vilayətinə uçaraq, yaşayış üçün şərait yaratmaq, isti yemək və tibbi yardım da daxil olmaqla, lazım olan hər şeyi təmin etmək üçün yerində iş təşkil etməyi tapşırıb", - Kremlin sözçüsü bildirib.
Putin həmçinin Rusiya hökumətinə Donbassdan bölgəyə gələn hər bir qaçqına təcili olaraq 10 min rubl ödənilməsini təmin etməyi tapşırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


