Donetskdə milis rəisinin maşınını partlatdılar - VİDEO

 Donetskdə milis rəisinin maşınını partlatdılar -    VİDEO
  18 Fevral 2022    Oxunub:4779
Donetsk şəhərinin mərkəzində hökumət binasının dayanacağında avtomobil partladılıb. “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış dalğasını bütün şəhər eşidib. Fövqəladə Hallar Nazirliyi partlayış yerinə gedib.
Partlayış yerində yanğın başlayıb. Yaxınlıqdakı tikililərə ziyan dəyməyib. Qurbanlar barədə hələ ki, məlumat yoxdur.
“Ağ qartal” ovu: Ukrayna-Polşa böhranının səbəbi nədir?

Separatçı rejimin rəhbəri Denis Puşilin bildirib ki, Ukraynanın işğalı təhlükəsi ilə əlaqədar cümə günündən əhalinin Rusiyaya kütləvi təxliyəsi təşkil edilib.

***
DXR-in separatçı rəhbəri Denis Puşilin bildirib ki, partladılan maşı yerli milis idarəsinin rəisi Denis Sinenkovun avtomobili olub.



AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti