Ermənistanda hərbi kəşfiyyat rəisi işdən çıxarıldı

   Ermənistanda hərbi kəşfiyyat rəisi işdən çıxarıldı
  18 Fevral 2022    Oxunub:2777
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Kəşfiyyat İdarəsinin rəisi Arayik Arutyunyan tutduğu vəzifədən azad edilib. AzVision.az Sputnik Ermənistana istinadən xəbər verir ki, bununla bağlı Ermənistan prezidenti səlahiyyətlərini icra edən Alen Simonyan sərəncam imzalayıb.
Qeyd edək ki, general-mayor Araik Arutyunyan 2021-ci ilin avqustunda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti